14:00 26 Yanvar 2018 2641
Ana səhifə Yaşıl Orta

İlahiyyatçı: "Allah göydə deyil, uşağa Rəhman və Rəhim adlarını qoymaq olmaz"

Allah hardadır?

Rəbbi daha çox sevməli, yoxsa ondan qorxmalı?

Yaradanın Allah adının digər isimlərindən üstünlüyü varmı?

Hansı adları uşağa qoymaq olmaz?

Üzərində Allahın adı yazılmış bəzək əşyalarını taxmaq olarmı?

“Allah özünü bəşəriyyətə necə tanıdırsa, biz də onu elə tanımalıyıq. “Qurani-Kərim”də Yarandanla bağlı da ayələr var. Rəbbimiz qullarına özündən də bəhs edir. Amma yenə də insanın Allahı tam dərk etməsi mümkün deyil. Biz heç zaman onun zati-müqəddəsini bilməyəcək, ancaq qüdrət nişanələri ilə tanıyacağıq”.

APA TV-nin məlumatına görə, bunu “İmam Əli” məscidinin axundu Hacı Fuad Pənahlı “Yaşıl orta” verilişində deyib. Allah-bəndə münasibətlərinin müzakirə olunduğu söhbətdə ilahiyyatçı Samir Əzizov da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı sualları cavablandırıb. F.Pənahlı bildirib ki, Allah öz kəlmələrini yaratdıqlarının xarakterində yerləşdirib. Qarşılaşdığımız hadisələrdəki hikmət və səbəbi diqqətlə düşünsək, ilahi gücü də görmüş olarıq.

Digər ilahiyyatçı Samir Əzizov isə qeyd edib ki, insanda Allaha qarşı sevgi və qorxu balanslı şəkildə olmalıdır: “Buna ümid və qorxu balansı deyilir. Mömin ümidvar olmalıdır ki, Allah onun günahlarını bağışlayacaq, vəd etdiyi mükafatları verəcək. Həmçinin qorxmalıdır. Bəzən bu qorxunu düz başa düşmürük. Yanlış anlaşıldığı üçün də qorxunu inkar edən müsəlnanlar da var. Əslində isə insan Allah qarşısında üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirə bilməməkdən qorxmalıdır. Bəziləri cəhənnəm atəşindən, digərləri Allahın ondan razı qalıb-qalmamasından, kimiləri isə Yaradanın mərhəmətini itirməkdən qorxur. Bütün halda qorxu və ümid fitri bir duyğudur”.

S.Əzizovun sözlərinə görə, insanda ümidin də bir həddi olmalıdır: “Ümid bəndədə arxayınçılıq, ibadətlərində süstlük, tənbəllik yaratmamalıdır. Həmçinin də insan daha çox qorxaraq Allahın mərhəmətinə bədgüman olmamalıdır. Odur ki, ümid və qorxu balansı çox önəmlidir”.

Müəllif | Apa.Tv

Könül Cəfərli

Kodu kopyalayın