18:54 10 İyul 2020 546
Ana səhifə Xəbərlər

Zərdabda dəhşət: üç yeniyetmə Kür çayında batdı

Zərdabda Kür çayında batan qardaşını xilas edən bacı boğulub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün Kür çayının Zərdab rayonunun Burunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Çay kənarında ailələri ilə istirahət edən 6 yeniyetmə Kürdə çimmək qərarına gəlib. Yeniyetmələrdən 3-nün batdığını görən yaxınları onlara kömək etmək istəsələr də, Gədəbəy rayonundan qonaq gələn 1990-cı il təvəllüdlü Cavid Arzu oğlu Yusifov, 2005-ci il təvəllüdlü Rahil Mahir oğlu Hüseynov və 2007-ci il təvəllüdlü Nahidə Rəşadət qızı İsmayılova batıb. Nahidə İsmayılova batan kiçik qardaşını xilas edərkən özü boğulub.

Hadisə Rahil Hüseynovun ata-anasının gözü qarşısında baş verib. Ananın dediyinə görə, Rahili xilas etmək məqsədilə o da çaya atılsa da, son anda boğulmaqdan onu qaynı xilas edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Ötən gün axşam saatlarında Nahidə İsmayılovanın meyiti elə batdığı yerdə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Qalan 2 nəfərin axtarışları davam etdirilir.

Zahid Abışov
Devran Əsgərov

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın