16:09 24 Sentyabr 2020 190
Ana səhifə Xəbərlər

Zaqatalada iribuynuzlu mal-qara güllələndi

Zaqatalada iki baş iribuynuzlu naməlum şəxs tərəfindən güllələnib.

Hadisə rayonun Muğanlı kəndində baş verib.

Kənd sakini Rəsul Həsən oğlu Musayevin APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, ötən gün axşam saatlarında ailəsinə məxsus iki baş inəyin naxırdan evə dönmədiyi üçün heyvanların axtarışına başlayıb. Rəsul Musayev iki baş inəyinin kəndin ərazisində naməlum şəxs tərəfindən odlu silahla güllələnərək tələf edildiyini görüb.

Hadisə ilə bağlı Zaqatala rayon Polis Şöbəsinə müraciət edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın