13:10 14 Fevral 2020 436
Ana səhifə Xəbərlər

Zaqatalada beşmərtəbəli binada yanğın – İKİ NƏFƏR ZƏHƏRLƏNDİ

Zaqatala yaşayış binasında yanğınla müşahidə edilən güclü tüstülənmə baş verib.

APA TV-nin məlumatına görə, hadisə rayonun Cəfər Cabbarlı küçəsindəki beşmərtəbəli yaşayış binasının zirzəmisində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyi Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, Təcilli Tibbi Yardım şöbəsinin həkim briqadaları, müvafiq qurumların nümayəndələri cəlb edilib.

Təhlükəsizlik tədbirlərini nəzərə alınaraq bina sakinləri təhlükəsiz əraziyə təxliyə edilib.

Tüstüdən zəhərlənən iki nəfər bina sakini, 1969-cu il təvəllüdlü Rüfət Qazıyev və 1937-ci il təvəllüdlü Gülzaq İsmayılova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daha bir neçə nəfər bina sakininə isə hadisə yerində Təcilli Tibbi Yardım briqadasının həkimləri tərəfindən yardım göstərilib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın