20:00 19 Noyabr 2019 69
Ana səhifə Xəbərlər

Yol qəzası törədən sürücü hadisə yerindən uzaqlaşıb

Bakının Yasamal rayonunda 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

APA TV xəbər verir ki, Moskva prospektində körpünün üzərində “Hyundai" markalı avtomobilyüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb.

Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətlə gedən "Kia" və "Mercedes" markalı nəqliyyat vasitələrinə çırpılıb.Zərbənin təsirindən "Hyundai" markalı avtomobil aşıb, sürücü isə hadisə yerindən yayınıb. Qəza zamanı 2 nəfər xəsarət alıb.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan "Mercedes" markalı nəqqliyyat vasitəsinin sürücüsünün verdiyi məlumata görə, "Hyundai" və "Kia" markalı avtomobillərin sürücüləri eyni istiqamətdə sürət yarışına çıxıb.

Avtotexniki ekspertiza təyin edilib.Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın