15:20 14 Sentyabr 2019 114
Ana səhifə Xəbərlər

Yıxılan uşaq valideynlərinin əlində can verdi - XALDANDA BƏDBƏXT HADİSƏ

Yevlaxda azyaşlı ölüb.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Xaldan kəndində - İsmayılovlar ailəsində qeydə alınıb.

2013-cü il təvəllüdlü İsmayılov Dəniz Vasif oğlu yıxıldıqdan sonra halı pisləşib. Dənizin vəziyyətinin durmadan ağırlaşdığını və hərəkətsiz hala düşdüyünü görən valideynləri onu təcili Mingəçevir şəhərinə - xəstəxanaya çatdırmağa çalışıb.

Amma uşaq yolda keçinib. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında ilk müayinə zamanı Dəniz İsmayılovun öldüyü məlum olub.

Ölümə daxili qanaxma səbəb olub.

hadisə ilə bağlı araşdırma başlanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın