04:40 16 Noyabr 2019 178
Ana səhifə Xəbərlər

Yevlaxda 3 evi qarət edən şəxs tutuldu - ƏLİNƏ KEÇƏNİ APARIB

Yevlaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb.

APA TV-nin Mingəçevir bürosunun məlumatına əsasən, bir qrup sakin Yevlax rayon Polis Şöbəsinə onlara məxsus evlərdən oğurluq edilməsi barədə məlumat verib.

Əməliyyat tədbirləri ilə polis 3 evdən oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini Alim Abdullayev saxlayıb.

Onun evlərdən 2000 manat dəyərində avadanlıq, ev quşu, bundan əlavə nəğd pul oğurladığı müəyyən olunub.

Dindirilmə zamanı o törətdiyi əməlləri etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın