16:40 10 Oktyabr 2019 24
Ana səhifə Xəbərlər

Yaşlı ər-arvad qəzaya düşdü - “JİQULİ” TRAKTORLA TOQQUŞUB

Goranboyda avtomobil traktorla toqquşub.

Goranboyda avtomobil traktorla toqquşub. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Xınalı kəndində qeydə alınıb.

Kənd sakini, 1941-ci il təvəllüdlü İsmayıl Həsənovun idarə etdiyi "VAZ 2112" markalı maşın Telman İsmayılovun idarə etdiyi qoşqulu traktorla toqquşub: “Minik avtomobilə ilə qoşqulu traktorun toqquşması nəticəsində traktor yoldan çıxaraq aşıb. Qəza nəticəsində minik maşınında xəsarət alanlar olub”.

“Jiquli”nin sürücüsü və həyat yoldaşı - 1948-ci il təvəllüdlü Şəfiqə Həsənova Gəncə şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına aparılıb. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın