08:00 08 Oktyabr 2019 35
Ana səhifə Xəbərlər

YAP Zaqatalada zona müşavirəsi keçirib

Zaqatalada Yeni Azərbaycan Partiyasının (YAP) Zaqatala, Balakən və Qax rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəallarının iştirakı ilə müşavirə keçirilib.

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Baş Nazirin müavini, YAP sədrinin müavini Əli Həsənov çıxış edərək dövlətçiliyin möhkəmləndirilməsi, vətəndaşların həyat şəraitinin inkişaf etdirilməsi məqsədilə ölkədə mühüm işlər görüldüyünü diqqətə çatdırıb.

Partiyanın sıralarında 750 minə yaxın vətəndaşın ölkəmizin qazandığı nailiyyətlərin təbliği işinə dəstək verdiyini vurğulanıb.

Digər çıxış edənlər müstəqil Azərbaycanın etibarlı gələcəyinin təməlində Ümumilli lider Heydər Əliyev siyasətinin dayandığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın bu gün də Azərbaycanın inkişafına töhfələr verdiyini qeyd ediblər.

Sonda YAP sıralarına yeni qoşulmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın