04:44 26 Yanvar 2021 127
Ana səhifə Xəbərlər

Xırdalanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb

Yola saldığımız günün axşam saatlarında Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən fərdi yaşayış evində qəfil partlayış baş verib. Partlayış nəticəsində ona bitişik ikimərtəbəli yaşayış evi olmaqla iki ev uçub. Bundan başqa ətrafda yerləşən iki beşmərtəbəli binaya ciddi zərər dəyib.

APA TV-nin xəbərinə görə, hadisə yerinə dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə xidməti və Nazirliyin Kinoloji Mərkəzinin xüsusi təlim görmüş itləri cəlb edilib. Ərazi təhlükəsizlik məqsədilə lentlənib. İki fərdi yaşayış evindən ikisi azyaşlı olmaqla 6 nəfərin yəni - Musayeva Ziyafət Qafar qızı, Musayev Vüsal Firudin oğlu, Musayev Firudin Vüsal oğlu, Gözəl Səmədova, Əliyev Emil Arif oğlu və Hüseynov Arif Əbülfət oğlu yaralı halda təcili yardım briqadasına təhvil verilib. Məlum olub ki, dağıntılar altında Musayaeva Aytən Tacəddin qızı və onun 9 yaşlı qızı Musayeva Fatimə Arif qızı qalıb. Baş vermiş hadisə ilə əlaqədar əraziyə Fövqəlada Hallar nazirinin müavini Etibar Mirzəyev və Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı İradə Gülməmmədova gəlib.

Hadisə zamanı ətraf binada yaşayanlarda xəsarət alıb. Belə ki, binada yaşayan Ələzova Simayə Mövlud qızı və Şükürzadə Xədicə Bəxtiyar qızı qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb . Bununla da yaralıların sayı 8-ə çatıb.

Partlayış zamanı iki fərdi yaşayış evinin dağılmış beton plitələri arasında ana və onun azyaşlı qızının axtarışı aparılıb. Yaxınları isə onların sağ çıxacağına ümidli idi.

Az keçmədi ki, uzun axtarışdan sonra Aytən Musayevənin cansız bədəni dağıntılar arasından çıxarılıb.

Daha sonra xüsusi texniki vasitələrlə azyşalı Fatimənin axtarışlarına başlanılıb.

İlkin məlumata görə, partlayışın maye qazdan yarandığı ehtimal olunur. Hazırda istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın