22:40 09 Oktyabr 2019 29
Ana səhifə Xəbərlər

Xəzərdə itkin düşən 4 balıqçıdan 3-ü xilas edildi - AXTARIŞLAR DAVAM EDİR

Xəzərdə itkin düşən balıqçılar xilas edilib.

APA TV-nin Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətinə istinadən məlumatına görə, oktyabrın 2-də dənizə çıxan 4 balıqçı ilə 5 gün sonra - oktyabrın 7-də əlaqə kəsilib.

Oktyabrın 8-də DSX-ə məlumat daxil olan kimi sərhəd gözətçi gəmilərinə “axtarış” əmri verilib.

Oktyabrın 9-da itmiş qayığın 3 nəfər heyət üzvü aşkar olunaraq, xilas edilib. Onlara ilkin tibbi yardım göstərilib, isti geyim və qida ilə təmin olunublar.

Xilas edilənlər Neftçala rayonu sakinləri - 1980-ci il təvəllüdlü Babayev Valeh Vidadi oğlu, 1975-ci ildə anadan olmuş Cəfərov Elbrus Yəhya oğlu və 48 yaşlı Əhmədov Aqil Şamil oğludur.

Neftçala sakini olan digər balıqçı - 1976-cı il təvəl¬lüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın