19:20 08 Oktyabr 2019 36
Ana səhifə Xəbərlər

Xanım deputat: “Polislər hara baxır, niyə yoxlamırlar?”

Ailədaxili zorakılıqların sayı artıb.

APA TV-nin məlumata görə, məsələnin ciddiliyi barədə deputat Aytən Mustafayeva çıxışında bildirib. O, deyib ki, 2 gün əvvəl Biləcəri qəsəbəsində, Avtovağzal metrostansiyası yaxınlığında kişi uşaqlarının gözü qabağında arvadını bıçaqlayıb. Buna bənzər bir başqa hadisə isə metroda qeydə alınıb: “Heç olmasa, polis metroda insanların üzərində bıçaq olub-olmadığını yoxlasın. Bu sahədə qanunvericilik təkmilləşdirilməli, sərtləşdirilməlidir.

Bununla bağlı Milli Məclisin komitələrində müzakirə aparılmasına ehtiyac var. Yeri gəlmişkən, bir müddət əvvəl balta ilə qətlə yetirilən qadınla bağlı hadisəyə də münasibət bildirmişdim. Ancaq bir müğənni sonradan çıxıb demişdi ki, yəqin ki, qadının nəsə günahı olub. O, necə müğənnidir?”

Aytən Mustafayevanın həmkarı Məlahət İbrahimqızı da narahatlığını ifadə edib, bu kimi məsələlərə ziyalıların münasibət bildirməsini zəruri sayıb.

Deputat Sona Əliyeva Biləcəri qəsəbəsində törədilən qətldən danışıb. O, deputatları belə hadisələrə qarşı susmamağa, qadınların vəhşicəsinə öldürülməsinə biganə qalmamağa çağırıb. Xanım deputat ümumiyyətlə insanların qətlə yetirilməsini yolverilməz adlandırıb.

İclas qanun layihələrinin müzakirəsi ilə davam edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın