08:40 26 Mart 2020 935
Ana səhifə Xəbərlər

Xalq artisti Arif Quliyev 65 yaşla bağlı qaydanı pozdu, polis onu evə göndərdi

Xalq artisti Arif Quliyev 65 yaşla bağlı qadağanı pozub, polis əməkdaşları onu evə göndərib.

APA TV-nin məlumatına görə, yaşadığı məhəllədə Xalq artisti ilə maarifləndirici söhbət aparılıb, ona karantin qaydaları izah edilib və o, evinə göndərilib.

Qeyd edək ki, Arif Quliyevin 70 yaşı var.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində elan etdiyi xüsusi karantin rejiminə əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın