19:40 03 İyun 2020 208
Ana səhifə Xəbərlər

Xaçmaz və Qubada 3 obyektin fəaliyyəti məhdudlaşdırıldı – AQTA REYD KEÇİRDİ

Qida Təhlükəsizliyi Agentliyinin Xaçmaz Regional Bölməsinin əməkdaşları Quba və Xaçmaz rayonlarında reyd keçirib.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, iki rayonun ərazisində 4 müəssisəyə baxış keçirilib. Onlardan 3-də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qaydalara əməl edilmədiyi məlum olub. AQTA-nın Xaçmaz Regional Bölməsinin rəisi Nizami Zeynalov deyir ki, onlardan 3-nün fəaliyyətinin məhdudlaşdırılması haqqında qərar qəbul olunub: “Həmin müəssislərdə müştərilərin içəri daxil olarkən əllərinin təlimata uyğun olaraq dezinfeksiyası, yemək masalarının dezinfeksiyası, istifadə olunan alət və avadanlıqların hər müştəridən sonra yuyularaq definzeksiya olunması proseslərinin icra olunmadığı müəyyənləşdirilib. Bu müəssisələrə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq və həyata keçirilən monitorinq tədbirləri çərçivəsində həmin müəssislərdə aparılan tədbirlərə baxmayaraq qaydalara əhəmiyyət verməyən müəssislər haqqında inzibati protokollar tərtib olunmuşdur. Ona görə də həmin müəssislərin fəaliyyətinin məhdudlaşdırılması haqqında qərarların qəbul olunması məcburiyyəti yaranmışdır”.

Bir müəssisədə isə bütün qaydalara əməl olunduğu aşkarlanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın