21:33 09 İyul 2020 466
Ana səhifə Xəbərlər

Ucarda karantin qaydalarını pozanlar inzibati qaydada cəzalandırılıb

Ucarda maskadan istifadə etməyənlər inzibati qaydada məsuliyyətə cəlb olunub. APA TV-nın yerli bürosunun məlumatına görə, sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Ucar rayonunda yaradılmış işçi qrupu tərəfindən mütəmadi olaraq reydlər keçirilir.

Son günlər rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən reydlər zamanı 14 nəfər qapalı məkanlarda qoruyucu maskadan istifadə etmədikləri üçün inzibati qaydada cərimə olunublar. Rayon ərazisində yerləşən çay evinin sahibi İlkin Məmmədov müvafiq maddə ilə həbs olunub.

Reyd zamanı müxtəlif bəhanələrlə qoruyucu maskadan istifadə etməyən dükan sahiblərinə də rast gəlinib.

Telefon satış mərkəzinin satıcısı Cəfər Novruzov isə qoruyucu maskadan istifadə etməməyini istidən narahat olması ilə əlaqələndirib.

Sözügedən şəxs polis əməkdaşının qanuni tələbindən sonra qoruyucu maskadan istifadə edib və barəsində protokol tərtib edilib.

Rayon polis şöbəsindən verilən məlumata görə, virusun sürətlə yayılmasının qarşısının alınması məqsədi ilə mütəmadi olaraq rayon ərazisində reydlər davam etdiriləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın