14:00 14 Fevral 2020 180
Ana səhifə Xəbərlər

Ucarda fərdi yaşayış evində güclü yanğın olub

Ucarda ev yanıb.

APA Tv-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Alpout kəndində qeydə alınıb. Kənd sakini, 1968-ci il təvəllüdlü Mübariz Mikayılova məxsus 2 mərtəbəli 6 otaqdan ibarət ümumi sahəsi 300 kvadratmetrlik olan fərdi yaşayış evində güclü yanğın baş verib. Yanğın zamanı ev əşyaları ilə birlikdə tamamı ilə yanıb. Hadisə yerinə FHN - nin Ucar Rayon yanğından mühafizə hissəsinin yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın