01:04 01 İyun 2020 160
Ana səhifə Xəbərlər

Türkiyədə koronavirusdan daha 25 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 25 nəfər ölüb.

APA TV-nin xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 35600 şübhəli koronavirus testindən keçib, onlardan 839-nun cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4540 nəfər ölüb, 163942 nəfər bu infeksiyaya yoluxub, 127973 nəfəri isə müalicə olunub.

Bu gün 989 xəstə evə buraxılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın