17:11 09 Avqust 2020 436
Ana səhifə Xəbərlər

“TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir.

APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tam hazır vəziyyətə gətirilən helikopterlərin təlim ərazisində nümunəvi təlim uçuşları keçirilib. Təlimlərdə hərbi pilotlar şərti düşmənin fəaliyyətinin qarşısının alınması, onun müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən qəflətən qarşıya çıxan digər hədəflərin aşkarlanması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın