16:00 11 Sentyabr 2019 60
Ana səhifə Xəbərlər

Tramp müşavirini qovdu - AĞ EVDƏ DAHA BİR İSTEFA

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton istefaya göndərilib.

APA TV-nin “Reurers”ə istinadən məlumata görə, istefaya səbəb prezident Donald Trampın israrıdır. Prezident çərşənbə axşamı müşaviri ilə aralarında bir çox məsələlərdə fikir ayrılığı olduğunu, buna görə də onların bərabər işləməyinin mümkünsüzlüyünü bəyan edib:

“Mən Con Boltonu həmişə məlumatlandırmışam. Ağ Ev artıq onun xidmətinə ehtiyac duymur. Mən və administrasiyanın digər əməkdaşları onun təklifləri ilə razı deyilik” - deyə, D.Tramp “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, Con Bolton Rusiyaya qarşı sərt siyasətin tərəfdarı olub. ABŞ prezidentinin boş qalmış müşavirinin kürsüsünə əyləşəcək şəxsin adı isə gələn həftə açıqlanacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın