18:40 16 Sentyabr 2019 95
Ana səhifə Xəbərlər

“Toyota” körpüdən aşdı - SÜRÜCÜ ÖLDÜ

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Qobustan rayonu ərazisində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1967-ci il təvəllüdlü Arif Mustafa oğlu Əliyev idarə etdiyi 90 EK 104 dövlət nömrə nişanlı "Toyota" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq körpüdən aşıb. Hadisə zamanı sürücü avtomobilin altına düşərək dünyasını dəyişib, sərnişini isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın