01:20 21 Oktyabr 2019 44
Ana səhifə Xəbərlər

Toya gedən sərnişinlər qəzaya düşdü - YEVLAXDA

Yevlaxda toya gedən şəxslər qəzaya düşüb.

APA TV -nin Mingəçeir bürosunun məlumatına görə, hadisə rayonun Xaldan şosesində, Hacıselli kəndi yaxınlığında qeydə alınıb.

Sərnişin daşıyan mikroavtobus “VAZ 21 07” markalı minik maşını ilə toqquşub. Ağır xəsarət alan olmasa da, bir neçə nəfər həyəcan və sarsıntı keçirib, eləcə də yüngül sıyrıq yarası alıb. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Mikroavtobusda olan sərnişinlər toy məclisinə getmək üçün yola çıxıb.

Faktla bağlı araşdırma aparır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın