08:40 27 Mart 2020 140
Ana səhifə Xəbərlər

Tovuzda kişi həyat yoldaşını bıçaqlayıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA TV-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərinin Nizami Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Mehtiyeva Aytəkin Vaqif qızı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

Polisin keçirdiyi əməliyyat axtarışları nəticəsində, hadisəni törədən şəxs 1990-cu il təvəllüdlü Hümbətov Musa Aydın oğlu müəyyən edilib. O polis tərəfindən saxlanılıb..

Məlumata görə, hadisə ailə münaqişəsi zəmnində baş verib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın