19:07 02 Dekabr 2020 203
Ana səhifə Xəbərlər

Tovuzda karantin rejiminin təmin olunması ilə bağlı reyd keçirilib

Tovuzda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilir.

APA TV-nin yerli bürosunun məlumatına görə, reyd zamanı ictimai-iaşə, ticarət və digər obyektlərə baxış keçirilib.

Bir sıra obyektlərdə işçi heyətinin və ticarət obyektlərinə alış-veriş üçün gələn şəxslərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədikləri, sosial məsafəni gözləmədikləri müşahidə edilib.

Vətəndaşlara tibbi maskadan istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Reyd zamanı maskadan bilərəkdən istifadə etməyənlər həmçinin polisin qanun pozuntusu barəsində xəbərdarlığına qarşı çıxanlar da olub. Polis əməkdaşları bu cür reydlərin davam edəcəyini bildiriblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın