01:20 20 Yanvar 2020 176
Ana səhifə Xəbərlər

Tovuzda dostlar əlbir olub yanacaqdoldurma məntəqəsini qarət etdilər

Tovuzda yanacaq doldurma məntəqəsinə məxsus pulu mənimsəyən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA TV–yə verilən məlumata görə, Tovuzun Qovlar şəhər sakini Röyal Əhmədov Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, yanacaq doldurma məntəqəsində naməlum şəxsin ona küt alətlə xəsarət yetirərək məntəqəyə məxsus pulu oğurlaması barədə məlumat verib. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, Röyal Əhmədov quldurluq hadisəsini dostları ilə əvvəlcədən planlaşdırıb. Ona bu işdə Tovuz rayon Qovlar şəhər sakinləri Hüseyn Cəfərov və Vüsal Quliyev kömək ediblər.

Saxlanılan hər üç şəxs dindirilmə zamanı törətdikləri cinayət hadisəsini etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın