16:14 21 Noyabr 2020 197
Ana səhifə Xəbərlər

Tovuzda 23 yaşlı gənc maşını aşırıb öldü

Tovuzda ölümlə nəticələn yol-nəqliyyat qəzası baş verib.

APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun Dönük Qırıqlı kəndi ərazisində qeydə alınıb.

Rayonun Qovlar şəhər sakini, 23 yaşlı Emil Sadıqov “Niva” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, 23 yaşlı gənc xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

APA TV Tovuz

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın