02:40 30 Mart 2020 199
Ana səhifə Xəbərlər

Tokio Yay Olimpiya Oyunları gələn il bu tarixdə keçiriləcək – RƏSMİ

Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilmə vaxtı dəqiqləşib.

APA TV-nin məlumatına görə, tarix Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı vasitəsi ilə açıqlanıb.

Bu il keçirilməli olan, lakin koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınan yarış iyulun 23-də start götürəcək. Yaponiya paytaxtındakı Olimpiada avqustun 8-dək davam edəcək.

Qeyd edək ki, öncədən Tokio-2020-nin bu il iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılmışdı.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın