02:40 12 Oktyabr 2019 265
Ana səhifə Xəbərlər

Təzə qonşusunu 1 metr torpağa görə güllələdi - GƏNCƏDƏ DƏHŞƏTLİ QƏTL

Gəncədə qətl törədilib.

APA TV-nin qərb bürosunun məlumtaına görə, hadisə şəhərin Dəmiryolçular qəsəbəsində qeydə alınıb.

Şəhər sakinləri - Akif İsmayılovla Zeynaləbdin Kərimov arasında yaranan mübahisə ikincinin həyatına 30 yaşında son qoyub: “Torpaq üstə yaranan mübahisə gördüyünüz bu məhəllədə olub. Akif İsmayılov Zeynaləbdin Kərimovla mübahisə edib. Mübahisədən sonra Akif İsmayılov öz ilə gətirdiyi odlu silahla Zeynaləbdin Kərimova atəş açıb. Atəşdən sonra sonuncu ağır yara ilə xəstəxanaya yerləşdililib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilsal etmək mümkün olmayıb”.

Qonşuların sözlərinə görə, qətlə yetirilən 30 yaşlı Zeynaləbdin Kərimov sözü gedən torpaq sahəsini bu yaxınlarda alıb və orda ev tikdirmək istəyib. Qonşusu Akif İsmayılovun onun 1 metr torpağını zəbt etməsi aralarında narazılıq yaradıb. Öldürülən şəxs hadisə baş verən həyətyanı sahəyə gələrək iş görmək istəyib. Mübahisə də elə burda qızışıb. Akif İsmayılov onu güllələyəcəyi ilə hədələyib. Daha sonra yaşadığı evdən tüfəngi gətirərək dediyi eləyib. Zeynaləbdin Kərimov həyətin qapısı bağlı olduğundan qaça bilməyib.

Qonşular onların arasında əvvəllər problem olmadığını deyir. Hər iki şəxs yaxşı adam kimi tanınıb.

Hadisəni törədən A. İsmayılov ovçu imiş. O, hadisədən sonra polisə qonşusunu öldürdüyü tüfənglə gedib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın