08:40 17 Sentyabr 2019 84
Ana səhifə Xəbərlər

Tələbə qız attraksiondan yıxıldı və... - ŞƏKİDƏ

16 yaşlı Bərdə sakini Şəkidə ağır xəsarət alıb. APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə sentyabrın 15-də, şəhərin mərkəzində - Axundov parkında qeydə alınıb. Şəki Dövlət Regional Kollecində təhsil alan Xəyalə Dursunova “Bilik günü”ndə tələbə yoldaşları ilə gəzintiyə çıxıb. Attraksion qurğusu tam dayanmadan enməyə cəhd edən qız yıxılıb və ağır xəsarətlər alıb. Yeniyetmə insanların köməyi ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Tələbəyə çanaq sümüklərinin sınığı və sidik kisəsinin partlaması diaqnozu qoyulub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın