20:03 22 May 2020 573
Ana səhifə Xəbərlər

TƏBİB: Toylar iyunda da olmayacaq – BEYNƏLXALQ UÇUŞLAR BƏRPA OLUNA BİLƏR

“Yaranmış situasiya karantin rejimini sərtləşdirmək üçün əsas vermir”.

APA TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. O deyib ki, Operativ Qərargah sərtləşməyə qayıtmağı zəruri hesab etmir: “Karantin rejiminin indikindən yumşaldılması da mümkün hesab olunmur.

İbrahim Məmmədov həmçinin qeyd edib ki, növbəti mərhələdə “Mall”ların açılması mümkündür. Bununla yanaşı, açıq havada idman yarışlarının keçirilməsi də müzakirə olunur. Tibbi maskaların taxılması açıq havada tövsiyə olunur, qapalı məkanlarda isə tibbi maskalar məcburidir. Qaydalara əməl etməyənlərə qarşı cərimə məsələsi də müzakirə olunur.

TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramov isə bildirib ki, ölkədə koronavirusa yoluxan şəxslərin 681 nəfəri tibb işçisidir. Bu rəqəm isə ümumi yoluxanların 18%-ni təşkil edir: “Onların əksəriyyəti kiçik və orta tibb işçiləridir. 537 tibb işçisi sağalıb, digərlərinin müalicəsi davam etdirilir. İndiyə qədər 4 həkim vəfat edib. ...”.

Ramin Bayramlı koronavirusa yoluxanlar arasında hamilə qadınların da olduğunu qeyd edib.

Qurum sədrinin sözlərinə görə, pendemiyaya qarşı effektli mübarizə aparmaq məqsədilə ölkəmizdə koronavirusu aşkarlayan 10 yeni avtomatlaşdırılmış laboratoriya qurulacaq.

Ramin Bayramlının sözlərinə görə, beynəlxalq uçuşlar iyunun 15-dən bərpa edilə bilər. Toy və digər kütləvi tədbirlərin, bu tipli məclislərin keçirilməsi isə iyun ayında nəzərdə tutulmur.

Onun sözlərinə görə, yaxın günlərdə sərhədlərin açılması və beynəlxalq uçuşların bərpası gözlənilmir. Naxçıvana uçuşların bərpa olunması barədə isə müzakirələr aparılır.

“Biz bu həftə hərəkətin 2-3 günlük məhdudlaşdırılmasına getmədik, amma qaydalar masa üzərindədir” deyən Ramin Bayramlının sözlərinə görə, yoluxma sürətlə artsa, belə məhdudiyyətlər növbəti həftələrdə tətbiq oluna bilər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın