15:54 18 Noyabr 2020 276
Ana səhifə Xəbərlər

Şuşanın adı Azərbaycan dilində yazıldı - ŞƏRHSİZ

Azərbaycan Respublikasının şanlı və müzəffər ordusu Şuşa şəhərini işğaldan azad etdikdən sonra tarixi adı bərpa olunaraq şəhərin girişində müvəqqəti konstruksiya ilə qeyd etmişdi.

APA TV xəbər verir ki, “Berg Energy” komandası bu müvəqqəti konstruksiyanı yeniləyərək ŞUŞA adını bayrağımızın rənglərində yenidən hazırlatdırıb və şəhərin əsas girişində əsgərlərimizlə birlikdə quraşdırıb. Bu prosesi və himnimizin səsləndirilməsini Xankəndinə gedən yolda sülhməramlı missiyanı yerinə yetirən rus əsgərləri də izləyib. Şuşa adının latın hərfləri ilə asılma anının videosunu sizlərə təqdim edirik.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın