13:03 17 Sentyabr 2019 685
Ana səhifə Xəbərlər

Sürücü yatdı, sərnişin ayaqlarını itirdi - EVAKUATOR FACİƏSİ

Hacıqabulda baş verən qəzada sərnişin ömürlük şikəst qalıb.


APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, səbəb sürücünün evakuatorun sükanı arxasında yuxulamasıdır.

Qəza Hacıqabul rayonunun Padar kəndi ərazisində qeydə alınıb. “KamAZ”la toqquşduqdan sonra aşan evakuator digər ağır tonnajlı maşına çırpılıb. Evakuatorda olan sərnişin - Gəncə sakini, 1980-ci il təvəllüdlü Taleh Fərman oğlu Dünyamalıyev ağır vəziyyətdə - ayaqlarının travmatik amputasiya və travmatik şok diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın