19:20 11 Oktyabr 2019 102
Ana səhifə Xəbərlər

Sürücü icarəyə götürdüyü avtomobili səkiyə çırbdı - YASAMALDA

Paytaxtın Yasamal rayonunda, "Beş mərtəbə" adlanan ərazidə yol-nəqliyyat hadisəsi baş verib.

APA TV xəbər verir ki, Ceyhun Quliyev icarəyə götürdüyü "Kia Optima" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən yol hərəkəti qaydasını kobud şəkildə pozub. Nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq "Qış parkı" ətrafındakı yolun səkisinə çırpılıb.

Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb.

Hadisə ilə əlaqədar olaraq əraziyə Yasamal Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Fakt üzrə araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın