14:47 03 May 2021 118
Ana səhifə Xəbərlər

Suraxanı və Sabunçuda narkotik satan keçmiş məhkumlar tutuldu

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun kənd və qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Süleyman İsmayılov və Firudin Külmanov saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, onların hər birindən 1 büküm heroin aşkar olunub. Bu şəxslər ifadələrində narkotik vasitələri Zığ qəsəbəsində Cəlal adlı şəxsdən aldıqlarını bildiriblər.

Keçirilən əməliyyat zamanı həmin şəxs, əvvəllər də məhkum olunmuş Cəlal Abdullayev də saxlanılıb. Onun üzərindən və Zığ qəsəbəsində yaşadığı evdən ümumilikdə 2 kiloqrama yaxın heroin, 240 qram metamfetamin və 39 ədəd satışı qadağan olunan tramadol həbi aşkar edilib.

Bu şəxs narkotik vasitələri onlayn yolla xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Hüseyn Musayev Nardaran qəsəbəsində saxlanılıb. Onun üzərindən və idarə etdiyi avtomobildən ümumilikdə 1 kiloqram 360 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırmalara davam edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın