20:00 30 Mart 2020 214
Ana səhifə Xəbərlər

Sumqayıtda yollar dezinfeksiya edilir

Koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə Sumqayıtın küçə və prospektlərinin yuyucu məhlullarla yuyulmasına başlanılıb.

APA Tv-nin yerli bürosu xəbər verir ki, yolların yuyucu məhlullarla yuyulması işləri ilk olaraq şəhərin Sülh prospektində həyata keçirilib. Bu proses şəhərin digər küçə və prospektlərində də davam etdiriləcək.

Qeyd edək ki, yolların yuyucu məhlullarla yuyulması prosesi dezinfeksiya işləri ilə birlikdə həyata keçirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın