11:39 12 Avqust 2020 415
Ana səhifə Xəbərlər

Sumqayıtda qəza şəraiti yaradan velosipedçilər cərimələndi

Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədi ilə reyd keçirib.

APA TV-nin məlumatına görə, keçirilən reyd zamanı avtomobil yollarında hərəkət edərək qəza şəraiti yaradan, dəbilqədən istifadə etməyən velosipedçilər saxlanılıb.

Onlarla profilaktik söhbətlər aparılıb, bu formada hərəkət etmələrinin təhlükəli olduğu bildirilib.

Qaydalara əməl etməyən velosipedçilər barəsində inzibati protokol tərtib edilərək cərimələniblər.

Reyd zamanı həmçinin ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişinlər də aşkarlanıb və onlar barəsində də qanunvericilik çərçivəsində tədbirlər görülüb.

Bu kimi nəzarət-profilaktik tədbirlər davam etdiriləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın