11:20 31 Mart 2020 217
Ana səhifə Xəbərlər

Sumqayıtda karantin rejiminin gücləndirilməsinə Daxili Qoşunlar cəlb olundu

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində xüsusi karantin rejimi davam edir.

APA TV-nin məlumatına görə, infeksiyanın yayılması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən Sumqayıt şəhərində də sürücülər və sakinlər arasında profilaktik tədbirlər davam etdirilir.

Sumqayıt şəhərində də xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları da polislə birgə xidmətə cəlb ediliblər.

Sumqayıt şəhərinin bütün küçə və prospektlərində, park və xiyabanlarında xidmətə cəlb edilən polis və Daxili Qoşunların əməkdaşları insanları “evdə qal” kampaniyasına qoşulmağa səsləyib. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, xüsusi karantin qaydalarını pozan şəxslər barəsində isə qanun çərçivəsində tədbirlər görülüb.

Tədbir çərçivəsində Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən də sürücülər saxlanılaraq onlarla profilaktik söhbətlər aparılıb. Nəqliyyat vasitələrinin sahibləri nizam-intizama dəvət edilib, onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb edilib. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək "evdə qal" kompaniyasına qoşulmaq tövsiyə olunub.

Qeyd edək ki, Sumqayıt şəhərinin bütün nöqtələrində xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarəti təmin etmək məqsədilə polis və Daxili Qoşunlardan ibarət mobil qruplar vasitəsilə şəhərdə gündəlik olaraq əhalinin xüsusi karantin rejiminə əməl etməsinə nəzarət qətiyyətlə davam etdiriləcək. Nizam-intizamı pozan şəxslər barəsində isə qanuni tədbirlərin görülməsi təmin olunacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın