18:23 05 Avqust 2020 429
Ana səhifə Xəbərlər

Sumqayıtda iki dost yaxalandı – CİBGİRLİKLƏ MƏŞĞUL İDİLƏR

Sumqayıtda oğurluq edən və cibgir Ədiş adı ilə tanınan Ədalət Həsənov və onun dostu Bayram Abdullayev saxlanılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Corat qəsəbə sakini Solmaz Kərimova, oğlu Ağakərim Kərimova məxsus telefonun 40-cı məhəllədə yerləşən marketlərin birində olarkən oğurlandığı barədə 3-cü Polis Bölməsinə müraciət edib.

Keçirilən əməliyyat nəticəsində hadisəni törədən Sumqayıt şəhər sakini 49 yaşlı Ədalət Həsənov və 37 yaşlı Bayram Abdullayev saxlanılıb. Onlar törədikləri əməli etiraf ediblər.

Araşdırma zamanı saxlanılan şəxslərin vətəndaşlardan gizli yolla mobil telefon və digər qiymətli əşyaları da oğurladıqları məlum olub.

Saxlanılan Ədalət Həsənov bundan öncə də məhkumluq həyatı yaşadığını deyir: “Özüm Sumqayıt uşağıyam, bir neçə dəfə məhkum olunmuşam. Burda da, Rusiyada da. Özümdə cibgirəm də. Dünən Ordubad Marketə girdim, dostum Bayramla. Gördüm cavan oğlan arxa cibində telefon, götürdük çıxdıq getdik”.

Bayram Abdullayev isə olanları belə xatırlayır: “Girmişdik marketə, qabağımızda oğlan var idi. Ədalət telefonu götürəndə məndə keçdim qabağa ki, satıcı görməsin. Telefonu götürdük çıxıb getdik”.

Qeyd edək ki, hər iki şəxs bir neçə dəfə müxtəlif maddələrlə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın