15:20 09 Noyabr 2019 41
Ana səhifə Xəbərlər

Sumqayıtda Bayraq günü ilə bağlı yürüş keçirilib

“Bayraqları bayraq yapan üstündəki qandır. Torpaq əgər uğrunda ölən varsa vətəndir. Bu gün şərəf və qürur mənbəyimiz olan dövlət bayrağı günüdür. Ölkənin bütün regionlarında olduğu kimi Sumqayıtda da bu bayram təntənəli şəkildə qeyd olunur”.

Bayraq günü ilə bağlı “Gənclik şəhəri”ndə yürüşün marşrutu Heydər Əliyev Mərkəzindən şəhər İcra Hakimiyyətinin qarşısına qədər məsafədə təşkil edilib. Yürüşə şəhər ictimaiyyətinin nümayəndələri, gənclər və ümumtəhsil məktəblilərinin şagirdləri qatılıb.

“Bayraq bir dövlətin şərəfi, namusudur. Və mən də tələbə olaraq bayrağımı çox sevirəm. Bəxtiyar Vahabzadə bayraq haqqında belə bir kəlam demişdir ki, bayraq mənliyimdir, bayraq kimliyim. Bayraq öz yurduma öz hakimliyim. İnşallah bizim bu gözəl bayrağımız işğal olunmuş torpaqlarımızda fərəhlə dalğalanacaq”.

“Bu təkcə bayraq deyil. Azərbaycanın inkişaf düsturudur. Məhz bu Azərbaycan bayrağı üzərindəki çalarları biz inkişaf etdirməklə Azərbaycanı daha da müstəqil daha da inkişaf etmiş dövlətlər sırasına çıxaracağıq. Mən inanıram ki, müstəqil Azərbaycanımızın gələcəyi bundan parlaq, bundan da inkişaf etmiş səviyyədə olacaq”.

“Biz idmançılar qürur duyuruq ki, getdiyimiz ölkələrdə Azərbaycanın üç rəngli ay-ulduzlu bayrağını dalğalandıraraq qürur duyur, fəxarət hissi keçiririk. Müstəqilliyimiz daima əbədi olsun”. Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzi və Azərbaycanı dünya ölkələri arasında təmsil edən bir dövlət atributu, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümü, hər bir vətəndaşın inam və güvənc yeridir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın