23:20 21 Yanvar 2020 196
Ana səhifə Xəbərlər

Sumqayıtda avtobuslarda cibgirlik edən şəxslər yaxalandı - KAMERA GÖRÜNTÜSÜ

Sumqayıtda cibgirlik edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı sərnişinlərin sıx olduğu vaxtlarda 7 saylı avtobuslarda cibgirlik edən iki nəfər şəhər sakini əvvəllər məhkum olunmuş Məmməd Məmmədov və Elnur Abbasov saxlanılıblar.

Araşdırma zamanı hər iki şəxsin avtobuslarda ümumilikdə 4 vətəndaşın cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladığı müəyyən edilib. Həmin şəxslərin avtobuslarda cibgirlik etmələri nəqliyyat vasitələrində quraşdırılan müşahidə kameraları vasitəsilə də anbaan qeydə alınıb: “Marşrutda 3 ədəd telefon götürmüşəm. Heç nə, yol gedirdim, mindim marşruta. Marşrutda gördüm asandı, götürmək olar, yol gedə-gedə götürdüm düşdüm aşağı. Üstə qoymuşdu, mən də əlimi atdım götürdüm”.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. Elnur Abbasov və Məmməd Məmmədovun Sumqayıt, eləcə də paytaxt ərazisində analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın