12:01 30 May 2020 524
Ana səhifə Xəbərlər

Su hovuzunda narkotik yetişdirən Balakən sakini yaxlanadı

Balakəndə su hovuzunda narkotik becərən rayon sakini saxlanılıb.

APA-TV-nin verdiyi xəbərə görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində narkotik bitkilərin kultivasiyası ilə məşğul olan 28 yaşlı Röyal Yetərov tutulub.

Onun kirayədə yaşadığı evə baxış keçirilən zaman su hovuzunun içərisində xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi 33 ədəd çətənə bitkisi aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın