01:12 09 Aprel 2021 75
Ana səhifə Xəbərlər

Şossedə piyadanı avtomobil vuraraq öldürüb

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

APA TV xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının yaxınlığında qeydə alınıb.

İsmayıl Kərimov idarə etdiyi “Hyundai” markalı avtomobil ilə hərəkətdə olan zaman qəfil onun qarşısında piyada çıxıb. Avtomobilin vurması nəticəsində təxminən 55-60 yaşlı kişi hadisə yerində ölüb.

Qeyd edək ki, ölən şəxs piyada üçün müəyyən edilməmiş hissədən keçib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın