22:40 18 Noyabr 2019 265
Ana səhifə Xəbərlər

Siyəzəndə dəhşətli qəza - İKİ NƏFƏR ÖLDÜ

Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə Siyəzənin Zarat kəndi ərazisində qeydə alınıb.

"KamAZ" markalı yük maşını ilə "VAZ-21010" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, yaralanan sərnişinlərdən ikisi dünyasını dəyişib. Onlar rayonun Çiləgir kənd sakini, 1993-cü il təvəllüdlü Günay Şakir qızı Savalanova və Yeni Həyat qəsəbə sakini Oksana Gülağa qızı Əliyevadır.

Tibb müəssisəsindən xəsarət alan Çiləgir kənd sakini, sürücü Hümbət Şayəddin oğlu Savalanovun vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, dünyasını dəyişən Günay Savalanova sürücünün həyat yoldaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın