08:00 30 Mart 2020 234
Ana səhifə Xəbərlər

Şirvanda “Seyid Sadiq” ləqəbli narkotacir yaxalandı

Şirvanda kriminal aləmdə “Seyid Sadiq” ləqəbi ilə tanınan narkotacir saxlanılıb.


APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirli bilinərək dəfələrlə məhkum olunmuş Şirvan sakini, 1972-ci il təvəllüdlü Seyidsadiq Mirmehdi oğlu Ağami saxlanılıb.

Digər saxlanılan şəxslər adı çəkilən şəxsdən narkotik vasitələrin alınması barədə izahat veriblər. Narkotik vasitələrin qanunsuz əldə edilməsi və satışında şübhəli bilinən Seyidsadiq Ağami barəsində Şirvan şəhər məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.


S.Ağami narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın