08:00 30 Mart 2020 185
Ana səhifə Xəbərlər

Şirvanda keçmiş jurnalist silah və narkotiklə tutuldu

Şirvanda keçmiş jurnalistdən silah və narkotik götürülüb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları 1971-ci il təvəllüdlü şəhər sakini Yadigar Abasət oğlu Hümbətovu şübhəli şəxs qismində saxlayıb.

Onun üzərinə baxış zamanı ondan narkotik vasitə olan heroin, 1 ədəd kibrit qutusunda marixuana toxumları aşkar edilərək götürülüb. Yaşadığı evə baxış zamanı isə oradan pnevmatik tapança da götürülərək istintaq ekspertizasına təqdim edilib.

Qeyd edək ki, adı çəkilən şəxs əvvəllər “İctimaiyyətin səsi və Ekologiya” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın