14:00 07 Noyabr 2019 32
Ana səhifə Xəbərlər

Sirkə içən yaşlı kişi cəmi 1 gün yaşadı - ZAQATALADA

Zaqatalada sirkə turşusu 66 yaşlı kişinin həyatına son qoyub.

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, rayonun Qandax kənd sakini, 1953-cü il təvəllüdlü Cəhyəddin Mövlud oğlu Şahmalıyev noyabrın 5-də axşam saatlarında yaşadığı ünvanda bilməyərəkdən bir stəkan sirkə turşusu içib.

Cəhyəddin Şahmalıyev yaxınlarının köməyi ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəxananın reanimasiya şöbəsində müalicə alan xəstə noyabrın 6-dan 7-ə keçən gecə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın