20:00 31 Mart 2020 310
Ana səhifə Xəbərlər

Şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, yağıntı ən çox Quba rayonu ərazisində qeydə alınıb.

Qubanın Qrız və Xınalıq kəndlərinə, o cümlədən Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən yaşayış məntəqələrində yağıntı müşahidə olunub.

Qrız kəndində qarın hündürlüyü 10 sm-ə, Xınalıqda isə 2 sm-ə çatıb. Temperatur isə mənfi 2 dərəcəyədək enib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın