12:40 17 Sentyabr 2019 53
Ana səhifə Xəbərlər

Sərxoş sürücü qəza törədib qaçdı - AĞIR YARALILAR VAR

Şirvanda yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində qeydə alınıb. “VAZ 2107” maraklı 90 KB 081 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq beton dirəyə çırpılıb. Qəza nəticəsində 4 nəfər Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Şirvan sakini, 1978-ci il təvəllüdlü Cavadov Abuzər Kamal oğlu kəllə-beyin travması ilə reanimasiya şöbəsinə, onun 11 və 16 yaşlı 2 oğlu və 17 yaşlı qohumu travmatologiya şöbəsinə yerləşdirilib. Avtomobilin sürücüsünün sərxoş olduğu və hadisə yerindən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın