18:26 19 Sentyabr 2020 370
Ana səhifə Xəbərlər

Şəmkirdə iki avtomobil toqquşdu – 4 NƏFƏR YARALANDI

Şəmkirdə 4 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

APA TV – nin yerli bürosunun məlumatına görə, yol qəzası rayonun “3 yol” adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər – 24 yaşlı Sahib Əmiraslanov, 32 yaşlı Elvin Əmiraslanov, 31 yaşlı Elçin Əliyev və 29 yaşlı Rövşən Əkbərov xəsarət alaraq Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Mehdi Məmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın