18:43 22 Fevral 2021 113
Ana səhifə Xəbərlər

Şəhidimizin övladı dünyaya gəldi – ADI ŞƏHİDİN VƏSİYYƏTİ OLUB

Tovuzda Vətən müharibəsinin qəhrəmanlarından biri olan şəhid hərbçimiz Emin Hüseynovun oğul övladı dünyaya gəlib.

APA TV-nin yerli bürosunun məlumatına görə, uşağa şəhidin həyat yoldaşına vəsiyyət etdiyi ad verilib.

Şəhidimizin birinci övladı bir yaşlı Nurayın adını da özü qoyub.

Eminin həyat yoldaşı Təranə Hüseynova oğlunu şəhidimizin adına layiq böyüyəcəyinə söz verir. Şəhidimizin anası indi oğlunun qoxusunu, təsəllisini nəvəsindən, balaca Taryeldən alacağını deyir.

Gələcəyin vətən keşikçisi balaca Taryel Hüseynov atasının böyüyüb boya-başa çatdığı Yanıqlı kəndinə aparılıb.

Fuad Nazimoglu

Mehdi Mammadov

APA TV Tovuz

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın