17:12 04 Mart 2021 67
Ana səhifə Xəbərlər

Səfər Mehdiyev: “Sifarişlərin 85-87 faizi 300 dollarlıq limiti keçmir”

“Sifarişlərin 85-87 faizi 300 dollarlıq limiti keçmir”.

APA TV xəbər verir ki, bunu “Azərbaycanda Xarici Ticarətin Gömrük Statistikası” adlı konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, dörd nəfərlik ailənin qazancına nisbətdə bu rəqəmlər normal hesab oluna bilər: “Ümumiyyətlə, bu qərara qədərki dövrdə də sifariş olunan elektron ticarət vasitələrinin 85-87 faizi onsuz da 300 dolları keçmirdi. Və biz dəfələrlə demişik. Həm Avropa İttifaqı üçün, həm Asiya, Avrasiya ölkələri, ümumiyyətlə, yaxın və uzaq regiondakı rəqəmlərlə müqayisə etdikdə bu normal həddir”.

DGK sədri xaricdən gətirilən bağlamaların gecikməsi məsələsinə də aydınlıq gətirib.

Onun sözlərinə görə, daşıyıcı şirkətlərin dövriyyəsi o qədər artıb ki, onlar vaxtında malları çeşidləyə bilmir.

Səfər Mehdiyev bildirib ki, əgər gecikmə gömrüklə bağlı olsa, bəyannamədə görəcəksiniz, yoxdusa problem şirkətlərin həcmi gözləməməsi ilə bağlıdır.

Mir Çingiz Ağazadə

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın